27
03:21
21 İyul 2016

Malidə fövqəladə vəziyyət rejimi uzadıldı

Malidə fövqəladə vəziyyət rejimi 10 gün uzadılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 19-da silahlılar ölkənin mərkəzində yerləşən Nampala şəhərində hərbi hissəyə hücum ediblər.

Hadisə nəticəsində 17 nəfər ölüb, 35-i yaralanıb. Ölkədə həmçinin 3 günlük matəm elan edilib.

Hücuma görə məsuliyyəti "Ənsər-əd-Din" terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.