47
17:59
20 İyul 2016

İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilir

“Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb”.

Bu barədə APA -ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.

O qeyd edib ki, hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.