26
13:12
20 İyul 2016

Elektrik cərəyanı bir gündə 3 can aldı

İyulun 19-da Tovuz rayonunun Ceyrançöl adlandırılan ərazisindəki fermada təmir işləri aparan rayon sakini Elmar Namazov faciəvi şəkildə ölüb.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, E. Namazov elektirk cərəyanı vurması nəticəsində ölüb.

Analoji hadisə eyni gündə Samuxun Sərkar kəndində də baş verib. Kənd sakini Nicat Mustafayev evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Həmçinin, iyulun 19-da Suraxanı rayonunun Hövsan qəsəbəsindəki evlərdən birində təmir işləri aparan paytaxt sakinləri Aqşin Abdurrəhmanovu və Hasil Həşimovu elektrik cərəyanı vurub. A.Abdurrəhmanov hadisə yerində ölmüş, H. Həşimov isə xəstəxanaya yerləşdirilib. Hər üç fakt üzrə araşdırma aparılır.