37
13:03
20 İyul 2016

ABŞ-ın neft ehtiyatları ciddi azalıb

Ötən həftə ABŞ-ın neft ehtiyatları ciddi azalıb.

"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, bu, ABŞ Neft İnstitutu (API) tərəfindən açıqlanan hesabatda öz əksini tapıb.

API-nin hesabatına görə, neft ehtiyatları bir həftə ərzində 2,3 mln. barel azalaraq 520,9 mln. barelə enib. Analitiklərin hesablamalarına görə, ehtiyatlar daha 2,1 mln. barel azalacaq.