27
12:01
20 İyul 2016

Ağdamda 41 yaşlı kişi özünü yandırıb

Ağdam rayon sakini özünü yandırıb. Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlü Əhmədov Hümbət Saleh oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ətrafda olan şəxslər alovu söndürərək H. Əhmədovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan H.Əhmədova ilkin yardım göstərildiyi bildirilib.

Yaxınları APA -ya H. Əhmədovun psixoloji problemləri olduğu, ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olduğunu deyiblər.