84
10:57
19 İyul 2016

İnformasiyanı TV-dən, yoxsa internetdən alırsınız? - SORĞU

İnformasiya cəmiyyətində yaşayırıq. Əvvəllər insanların informasiyanı əsasən telekanallardan alardılar. Sonrakı yerlərdə qəzet və radio gələrdi. Texnoloji tərəqqi sayəsində indi əsas rəqabət televiziya və internet arasında gedir. Etiraf edək ki, qəzet və radio bu mübarizəni onlara uduzdu.

Bəs görəsən, Bakı sakinləri informasiyanı daha çox haradan alır: TV-dən, yoxsa internetdən? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.

- İnternetdən. Orada informasiya daha çoxdur, ona görə. Həm də bizdə televiziyalar doğru məlumatlar vermirlər.

- Televiziyadan. Çünki mən əvvəllər də informasiya vasitəsi olaraq radiodan, televiziyadan istifadə etmişəm.

- İnformasiyanı biz cavanlar olaraq əsasən internetdən alırıq. Televizora da baxırıq, ancaq daha çox internetdən alırıq.

- Ən çox internetdən. Televiziyada da baxıram, ancaq internetdən.

- İnternetdən.

- Mən internetə heç girmirəm. Televiziyadan.

- İnternet rahatdır da. Həmişə internet əlinin altındadır, ancaq televiziyada yox.

- Demək olar ki, üç ildir televizora baxmıram. İnternetdən ancaq. Ancaq Azərbaycan dilindən çox türk və ingilis dilində məlumat alıram. Məlumat qıtlığı var Azərbaycan dilində. Buna görə ingilis, türk dillərindən istifadə edirəm.

- Son illər internetdən. Ora daha ətraflı məlumat verir, ona görə.

- İnternetdən. Evdə televizor yoxdur, ona görə.

- Televizordan, mən televizora baxıram çox. Telefon almışam, heç işlədə bilmirəm. Uşaqlar öyrədib "Whatsap"ı. Ancaq işlədə bilmirəm.

- İnternetdən. Televizora baxmağa vaxtım olmur? ona görə.

- İnternetdən. Televiziyada faydalı informasiya yoxdur.

- İnternetdən. Orada televizordan daha çox məlumatlar var. Girirəm, axtarıram, tapıram.

- İnternetdən. Haradasa 5 ildir ki, televiziyaya baxmıram. Mənə elə gəlir ki, televiziyalar hamısı yalan informasiya verir.

- İnternetdən. Daha dəqiq, orada olur. Həm də televiziyadan tez olur.