31
23:14
18 İyul 2016

Lerikdə “Hyundai” dərəyə aşdı

Lerikdə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 18-də saat 22.40 radələrində Lənkəran-Lerik şosesinin 27-ci kilometrliyində qeydə alınıb.

“Hyundai” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Maşındakı sərnişinləri xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar.