33
20:20
18 İyul 2016

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 İyul

YORUM


Avropa İttifaqının və Con Kerrinin bəyanatlarında kifayət qədər ciddi ittihamlar və xəbərdarlıq var. Qurum nümayəndəsi Türkiyədə baş verənlər barədə açıqlamasında, Kerri isə ölüm hökmünün bərpa ediləcəyi təqdirdə NATO-nun adı çəkilən ölkənin üzvlük məsələsinə yenidən baxa biləcəyinin siqnallarını verib. Bütün bunlar nə ilə nəticələnə bilər?

Əgər rəsmi Ankara bəyanatdan irəli gələn ittihamlarla bağlı həbs edilən hərbçilərə qarşı daha yumşaq davranış nümayiş etdirməsə və ölüm hökmünün bərpa edilməsi məsələsi TBMM-yə müzakirəyə çıxarılarsa, Türkiyə ilə Avropa İttifaqı arasında yeni gərginlik yaranacağı və ölkənin illərdir üzvü olduğu alyansdan kənarlaşdırılacağı istisna edilmir.

Nəzərə alsaq ki, Avropa İttifaqı ilə Ankara arasında viza rejiminin götürülməsi barədə müzakirə və Türkiyənin quruma üzv olması məsələsi gündəmdədir, eyni zamanda Ərdoğanın Varşava sammiti öncəsi Putindən üzr istəməsi NATO-nun prinsiplərinə zidd idi, o zaman veriləcək qərarlar daha çox AKP hökumətinin dəyərləndirməsindən asılıdır. Və çox güman ki, bu, Avropa İttifaqı və NATO ilə Türkiyə arasında "davam, ya tamam" mövzusuna son qoyacaq...