42
16:13
18 İyul 2016

Həbsxanadakı məktəblərin məzunlarının yekun qiymətləri açıqlanıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında iştirak etmiş 197 nəfər məzununa (IX sinif üzrə 84 nəfər, XI sinif üzrə 117 nəfər) dövlət nümunəli təhsil sənədinin alınması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yekun qiymətlər çıxarılıb.

TQDK-nın APA -ya verilən xəbərə görə, buraxılış imtahanlarında bu məzunlardan IX sinif üzrə 4 nəfər ana dili və riyaziyyat fənlərindən, XI sinif üzrə 6 nəfər xarici dil fənnindən “4” və “5” qiymətləri alıb. Keçən il olduğu kimi bu il də TQDK tərəfindən xüsusi ümumtəhsil müəssisələrinə elmi-metodiki dərs vəsaitlərinin təqdim edilməsi nəzərdə tutulub.