26
15:58
18 İyul 2016

Çayda boğulmaqda olan şəxs xilas edildi

Mingəçevirdə çayda batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhəri ərazisində yerləşən çayda (məntəqə ərazisində) 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib.