37
12:44
18 İyul 2016

Yüksək bal toplayanların tam SİYAHISI

I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarının nəticələrinə görə, 6 nəfər 700 bal toplayıb. Təhsil nazirliyindən Lent.az -a verilən məlumata görə, I ixtisas qrupu üzrə əslən Zəngilan rayonundan olan Bakı Türk Liseyinin məzunu Tural Ağayev, Xırdalan 5 saylı tam orta məktəbin məzunu Rəvan Nəzərəliyev və Ankara-məktəb liseyinin məzunu Sultanlı Nadir Faiq oğludur.

IV ixtisas qrupu üzrə isə Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılova, Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbin məzunu Zülfüqarov Orxan Əzim oğlu və İsmayıllı rayonu, 5 saylı orta məktəbin məzunu Lətifov Ağalətif İsak oğludur.