51
12:21
18 İyul 2016

“Rusiya Ermənistan və Azərbaycana silah-sursat satışında pariteti saxlayır” - Fomin

“Rusiya Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşdiyi bir dövrdə Ermənistan və Azərbaycana silah-sursat tədarükündə pariteti saxlamağa çalışır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Fomin “İzvestiya” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya tərəflərə silah sistemlərinin satışı zamanı həm keyfiyyət, həm də kəmiyyət olaraq paritetin saxlanmasına çalışacaq.

A. Fomin qeyd edib ki, hərbi-texniki əməkdaşlığın əsas məqsədi qüvvələr balansını pozmağa yönəlməyib: “Paradoksal səslənsə də, əsas məqsəd konkret ölkə, region və bütövlükdə dünyada sülh və stabilliyin qorunub saxlanmasına yardım etməkdir”.