109
13:59
17 İyul 2016

Akın Öztürk: "Hulusi Akarla birgə iş görmüşük"

Hərbi çevrilişə cəhddə günahlandırılan Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk bəyan edib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə hazırlıqdan xəbəri var idi.

Lent.az Trend-ə istinadən məlumat verir ki, A.Öztürk həbsi zamanı deyib: “Mən Hulusi Akarla birgə iş görmüşəm”.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd olub.