26
01:55
17 İyul 2016

İstanbula daha bir təyyarə yola salındı

"Azərbaycan Hava Yolları" QSC Türkiyəyə əlavə təyyarə göndərir.

APA-Economics xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

"Biz bu gün İstanbulda qalan sərnişinlərin Bakıya gətirilməsi üçün iritutumlu təyyarə göndərmişik. Lakin orada olan sərnişinlərin hamısını gətirə bilmədiyimiz üçün qərara gəldik ki, İstanbula daha bir təyyarə göndərək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8103 (06:45) Bakı-İstanbul, J2-8075 (08:45) Bakı-İstanbul, J2-8003 (09:10) Bakı-Ankara aviareysləri təxirə salınıb.