37
10:18
17 İyul 2016

Azərbaycanda 17 yaşlı iki oğlan dəhşətli qəzada öldü - YENİLƏNİB

Bu Gecə Şəmkirdə baş vermiş ağır yol qəzasında ölən şəxslərin adları məlum olub. Lent.az -ın məlumatına görə, Şəmkir-Daşkarxana yolunda aşana “VAZ 21 099”un ryon sakini 17 yaşlı Sərvan Rəhimov tərəfindən idarə edildiyi məlum olub. Qəza zamanı sürücü ilə yanaşı, sərnişini, 17 yaşlı Elburus Nəcəfov da hadisə yerində ölüb. Digər sərnişin, 16 yaşlı Elnur Həsənov isəxəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

xxxxx

01:33

Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir – Şiştəpə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtomobildə olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.