34
18:47
16 İyul 2016

Sərnişinlər bu axşam Bakıdan İstanbula yola düşə biləcəklər - AZAL

“Təxirə salınan reyslərin sərnişinləri bu axşam Bakıdan İstanbula daha tutumlu təyyarə ilə yola düşəcəklər”. Bu barədə APA -ya “Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İstanbulda təxirə salınan reyslərin sərnişinləri bu təyyarə ilə Bakıya yola düşə bilərlər: “Bununla əlaqədar İstanbulda olan J2-8076 və J2-8080 reyslərinin sərnişinlərinə öz aviabiletlərini J2-8078 reysinə aviakassalarda dəyişdirilməsi tövsiyyə olunur”.

Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8103 (06:45) Bakı-İstanbul, J2-8075 (08:45) Bakı-İstanbul, J2-8003 (09:10) Bakı-Ankara aviareysləri təxirə salınıb.