39
14:03
16 İyul 2016

Binəli Yıldırım: "Vəziyyət tamamilə nəzarət altındadır"

"Vəziyyət tamamilə nəzarət altına alınıb. Qısa zamanı ərzində zabitlərimiz və komandirlərimiz normal fəaliyyətlərinə başlayacaqlar. Onlar hazırda işlərinin başındadır."

Lent.az -ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Baş qərargah rəisi general Hulusi Akar ilə birlikdə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, narahatlıq yaradacaq hər hansı vəziyyət yoxdur.

Çıxışı zamanı edam cəzasının Türk hüquq sistemindən çıxarıldığını bildirən Yıldırım eyni zamanda bunları da qeyd edib:

"Məlum olduğu kimi, edam cəzası Türk Konstitusiyasından, hüquq sistemindən çıxarılıb. Bu gün Məclisimiz toplanacaq. Və burada ölkənin bu və buna bənzər çılğınlıqlarla qarşı-qarşıya qalmaması üçün əlavə nə kimi tədbirlərin alına bilinməsi, hüquqi işlərin görülməsi müzakirəyə çıxarılacaq. Müzakirələrdə siyasi partiya liderləri iştirak edəcək".