34
04:47
16 İyul 2016

Türkiyədə qan axır: 6 mülki şəxs ölüb, 100-ə yaxın yaralı var

Türkiyədə baş vermiş hərbi qiyam cəhdi nəticəsində 6 mülki şəxs həlak olub. Lent.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbulda Boğaziçi Körpüsündə, Ankarada AKP Mərkəzi Qərargahının qarşısında ve Sakaryada valilik önündə qiyama etiraz edən vətəndaşlara atəş açılıb.

Numune Xəstəxanasına son dəqiqələrə qədər 6 mülki şəxsin meyiti və xeyli yaralı gətirilib. Yaralıların sayının 100-ə yaxın olduğu və onlardan bəzilərinin durumunun ağır olduğu bildirilir.

İstanbulda həlak olanlar arasında prezident Ərdoğanın yaxın adamı sayılan tanınmış reklamçı Erol Olçak və 16 yaşlı oğlu da var.

Bundan başqa, Ankarada da hüsuma məruz qalan TÜRKSAT mərkəzində 2 əməkdaşın öldüyü bildirilir.