38
03:12
16 İyul 2016

Türkiyə hökümətindən MÜXALİFƏTƏ TƏŞƏKKÜR - YENİLƏNİB

“Hörmətli Kılıçdaroğlu, Baxçalı və Perincəkə ayrıca təşəkkür edirəm. Bəziləriylə telefonla danışdım, millətin yanında olduqlarını açıq və aşkar ortaya qoydular”. Lent.az -ın türkiyə mediasına istinadən məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O, ölkə müxalifətinin liderlərinin hərbi qiyam cəhdi ilə bağlı mövqeyini şərh edərkən berlə söyləyib.

Baş nazir “Bütün vətəndaşlarımızı ölkəyə sahib çıxmağa dəvət edirəm” – deyə əlavə edib.

***

02:28

Türkiyə müxalifətinin liderləri ölkədə baş verən hərbi qiyam cəhdi ilə bağlı ilk açıqlamalarını yayıblar.

Lent.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu "Bu ölkə qiyamlardan çox zərbə alıb. Bunun təkrarlanmasını istəmirik. Demokratiyamıza sahib çıxırıq" - deyib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı isə Baş nazir Binəli Yıldırımı telefonla arayaraq, qiyamın qəbuledilməz olduğunu və Türkiyə hökumətinin yanında olduqlarını bildirib.