32
02:22
16 İyul 2016

Türkiyənin 1-ci Ordu komandanı: "Bu, Türkiyə Silahlı Qüvvələrinin dəstəkləmədiyi bir hərəkətdir"

Türkiyə Silahlı Qüvvələri Birinci Ordu Komandanı, orgeneral Ümid Dündar ölkədə baş verən son hadisələrlə bağlı açıqlama verib. Lent.az -ın Anadolu Agentliyinə istinadən məlumatına görə, komandan bunları deyib: "Bu hadisəni törədənlər Birinci Ordu Komandananlığı içərisinde kiçik bir qrupu təmsil edirlər. Narahat olacaq bir şey yoxdur. Bu qrupa qatılmayan və hazır əmr gözıəyən digər birliklərlə zəruri tədbirləri görürük. Bu, Türkiyə Silahlı Qüvvələrinin dəstəkləmədiyi bir hərəkətdir".