50
03:26
16 İyul 2016

Hərbçilər Atatürk Hava limanından çəkilib, ilk təyyarə enib - YENİLƏNİB

Türkiyə prezident Ərdoğanın xalqı meydanlara, aeroportlara, küçələrə çıxmağa dəvət etməsindən sonra İstanbuldan bəzi qrupların Atatürk aeroportuna getdiyi və o bölgədəki tankların hərbi manevrlərinin azaldığı müşahidə edilməkdədir.

APA-nın İstanbuldakı müxbirinin verdiyi məlumata görə, son gələn məlumatda isə vətəndaşların tankları o bölgədən tamamilə uzaqlaşdıraraq aeroporta girdiyi və Türk Hava Yollarının ilk təyyarəsinin aeroporta endiyi bildirilir.

***

02:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçələrə çıxan İstanbul sakinləri Atatürk Hava limanındakı tankların üzerine yeriyib. Lent.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, hərbçilər etirazların qarşısında hava limanından çəkilməyə başlayıb.