62
04:07
16 İyul 2016

"Baş Qərargah rəisi iş başındadır" - MİT-dən açıqlama - YENİLƏNİB

"Silahlı Qüvvələrin Baş Qərargah rəisi, orgeneral Hulusi Akar iş başındadır". Lent.az -ın türkiyə mediasına istinadən xəbərinə görə, bunu Milli İstihbarat Təşkilatının mətbuat müşaviri Nuy Yılmaz bildirib.

***

01:02

Türkiyə ordusunun Baş Qərargahı ölkədə hakimiyyəti ələ aldığını və ölkə rəhbərliyini hakimiyyətdən kənarlaşdırdığını bildirdikdən sonra yerli media Baş Qərargahı rəisi Hulusi Akarın Ankarada girov götürüldüyü barədə məlumat yayıb.

Lent.az -ın məlumatına görə, bu barədə NTV telekanalı və internet saytları məlumat yayıb.