44
17:30
15 İyul 2016

Tovuzda qəribə olay: Qəzaya düşən avtomobili oğurladılar

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az -ın Report-a istinadən məlumatına görə, hadisə iki avtomobilin toqquşması ilə baş versə də avtomobillərdən biri qəzanın baş verdiyi yerdən qaçırılıb, digər avtomobilin isə dövlət qeydiyyat nömrə nişanları çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Şinası Vəliyevin maşını ilə toqquşub. Hadisə nəticəsində Ş.Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, onun idarə etdiyi avtomobil isə hadisə yerindən qaçırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.