35
16:24
15 İyul 2016

"Belıy" ləqəbli it 10 400 ədəd siqaret aşkar etdi

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş “Belıy” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.