34
13:40
15 İyul 2016

Fransada 3 günlük matəm elan edildi

Nitsa şəhərindəki terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Fransada matəm elan edilib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, ölkədə 3 günlük yas elan edilib və bir sıra tədbirlər təxirə salınıb.

Qeyd edək ki, Nitsada Bastiliya qalasının azad edilməsi ilə bağlı keçirilən kütləvi tədbirlər zamanı terrorda 84 nəfər həlak olub, 100-dən artıq insan isə yaralanıb.