55
18:16
14 İyul 2016

Poroşenko Taras Şevçenkonun abidəsini ziyarət edib

Ukrayna Prezidenti Petro Poroşenko iyulun 14-də görkəmli şair Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsini ziyarət edib. Lent.az -ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Ukrayna dövlətinin başçısı görkəmli şairin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Burada Prezident Petro Poroşenko Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə səmimi söhbət edib, onlarla xatirə şəkli çəkdirib.