46
14:00
14 İyul 2016

"Rus bölməsinə maraq 2-3 dəfə artıb" - Təhsil Nazirliyi

Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərə nisbətən artıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin məktəbəqədər və ümmi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6%-dən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15%-ə çatıb. Onun sözlərinə görə, məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır: “Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır. O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.