49
13:42
14 İyul 2016

APA və AzərTAc-ın fotoqrafları ADA-da şagirdlər üçün ustad dərsləri keçiblər

ADA Universitetində şagirdlər üçün təşkil olunan yay düşərgəsində fotoqrafiya sahəsində ustad dərsləri keçilib.

Lent.az -ın məlumatına görə, ustad dərsləri ölkənin iki aparıcı xəbər agentliyinin – APA və AzərTAc-ın fotoqrafları - Ramil Zeynalov və Aydın Oktayoğlu tərəfindən təşkil olunub.

Ustad dərslərində 12-17 yaşlı şagirdlər iştirak ediblər.

Fotoqraflar şagirdlərə fotonun tarixi, çəkiliş qaydaları barədə ətraflı məlumat veriblər.