48
10:45
14 İyul 2016

İlham Əliyev və Pyotr Poroşenko arasında görüş başlayıb

Bakıda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin Zaqulbadakı iqamətgahında keçirilən qarşılanma mərasimində Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçib.

Prezidentlər öz ölkələrinin rəsmi nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

Sonra Ukrayna və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü başlayıb. Görüşdən sonra Prezidentlər Şurasının 5-ci iclası keçiriləcək.