81
18:26
13 İyul 2016

Bakıda məktəbli oğlanın qanını tökdülər - CİNAYƏT

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az -ın məlumatına görə, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 1-in qarşısında 2000-ci il təvəllüdlü Kərimov Tural Ərtoğrul oğlu bıçaqlanıb. Qarın nahiyəsindən 2 daxilə nüfuz edən xəsarət alan 16 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, hadisəni 1999-cu il təvəllüdlü Seyidli Mirnihad Mirkərim oğlu törədib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan T.Kərimov orta məktəb şagirdidir.