52
10:54
13 İyul 2016

Bakıda xarici ölkə vətəndaşını maşın vurub öldürdü - YENİLƏNİB

Bakı şəhərinin Ziya Bünyadov prospektində avtomobilin vurub öldürdüyü şəxsin Gürcüstan vətəndaşı olması məlum olub. Lent.az -ın məlumatına görə, Azad Quliyevin idarə etdiyi "Mercedes Vito" markalı avtomobilin vurduğu Gürcüstan vətəndaşı, 1969-cu il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb.

*****

10:22

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prosketində "Mercedes" markalı, 90 UE 030 dövlət qeydiyyat nişanlı avtomobil 47 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.