34
07:51
13 İyul 2016

Gecə maşın və ev yandı

Şabranda yanğın hadisəsi qeydə alınıb.

Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Şabran şəhərində sahəsi 42 kv.m olan tikilidə baş verib. Nəticədə tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 200 kv.m olan tikilinin çardağının yanar konstruksiyaları 3 kv.m sahədə və yaxınlıqda dayanmış vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı müxtəlif təyinatlı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 275 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları və ev əşyaları 27 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.