34
01:32
13 İyul 2016

Dirsəyindən bıçaqlandı

Göygöldə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Osman Salahov sağ dirsək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gənə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

O. Salahovun kim tərəfindən və hansı zəmində bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.