36
18:31
12 İyul 2016

Bakıda döyüş sursatı aşkarlandı

Bakıda silah-sursat aşkarlanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və aşkar edilmiş sursatın bir qismini hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib, digər bir qismi xüsusi ayrılmış ərazidə zərərsizləşdirilib.

Əməliyyat saat 14:35-də başa çatıb.