42
16:39
12 İyul 2016

Dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdirinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 19-na təyin olunub.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.