31
12:31
12 İyul 2016

Azərbaycanda qətl törədən şəxs Rusiyada tutuldu

Azərbaycanda qətl törədən şəxs Rusiyada tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev Rusiya Federasiyasında tutulub. Onun ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki, qətl hadisəi keçən il Gəncənin Nizami küçəsində qeydə alınıb. Bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində bir nəfər, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib. Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Davada bir neçə nəfər də yüngül xəsarət alıb.