47
10:34
12 İyul 2016

Azərbaycan yollarında qırğın günü: 9 ölü, 17 yaralı

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 9 nəfər həyatını itirib. Lent.az -ın məlumatına görə, iyunun 11-də ölkə yollarında ümumilikdə 14 yol qəzası qeydə alınıb. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 17 nəfər də yaralanıb.

Ölümlə nəticələnən qəzalardan ən ağırı Qobustanda - Bakı-Şamaxı magistralında baş verib. Burada "BMW"nin "KamAZ"a çırpılması nəticəsində 4 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Cəlilabadda iki avtomobilin toqquşması nəticəsində isə 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Bundan başqa Bakının rayonlarında da ölümlə nəticələnən iki yol qəzası baş verib. Həmçinin gecə saatlarında Bakı-Şamaxı yolunda iki avtomobilin toqquşması növbəti dəfə təlafata səbəb olub.