24
10:06
07 İyul 2016

Zorlamada təqsirli bilinən şəxsin istəyi reallaşmadı

Bakı Apellyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Elnur Əzizovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, E. Əzizovun şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, E. Əzizov keçən il Bakıda Y.M (ad şərtidir) adlı qadını zorlamaqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 149 (zorlama), 150(seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Əzizov sanksiyadan aşağı olan 7 il müddətə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs bununla razılaşmayaraq şikayət verib. E. Əzizov isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.