28
19:58
06 İyul 2016

Bakıda yol qəzalarında 2 nəfər ölüb

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 5-də saat 01 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Rəhimə Məmmədova idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Nəmrut Məhərrəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Məhərrəmov orada ölüb.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa, dünən saat 15 radələrində Nəsimi rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Xanlar Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsənəli Namazovu vurub. Xəstəxanaya yerləşdirilmiş H.Namazov orada dünyasını dəyişib.

Bu faktla da bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.