35
12:58
06 İyul 2016

Gəncə və Ağstafada mərmi tapılıb

Dünən Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, mərmi “ANAMA” əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Bundan başqa, Gəncə şəhərində də A.Səhhət küçəsində qazıntı işləri aparılan zaman 6 ədəd tank əleyhinə mərmi tapılıb və “ANAMA” əməkdaşları tərəfindən götürülüb.