27
02:48
04 İyul 2016

Gəlin toy zamanı su anbarında batdı

Moskva vilayətində toy şənliyi zamanı Klyazmin su anbarında batıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, 32 yaşlı xanımın ölümü haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Şahidlərin sözlərinə görə, iyulun 2-də şənliyin gedişində iştirakçılar bir sahildən o birinə üzmək qərarına gəliblər. Digər sahilə bir neçə metr qalanda gəlin suyun altına gedib, onun yanında üzən rəfiqəsi isə qadını xilas edə bilməyib.

Xilasedicilər gəlinin meyitini iyulun 3-də tapıblar. Məlumatda qeyd edilir ki, həmin su anbarında çimmək qadağandır.