43
17:57
03 İyul 2016

52 yaşlı kişi avtomobildə yandı - TƏCİLİ BAKIYA GƏTİRİLİR - YENİLƏNİB

Kürdəmir sakini idarə etdiyi avtomobildə yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Kürdəmir -İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini 1964-cü il təvəllüdlü Əli Həsən oğlu Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayon istiqamətində hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə, ağır yanıq xəsarəti alan sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi yanıb. Sürücü, Ə. Qafarov təcili olaraq yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

17:27

Kürdəmir rayonunda avtomobil yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Atakişili kəndində vətəndaşa məxsus minik avtomobilinin yanar hissələri və yol kənarındakı kol-kos 3 kv.m sahədə yanıb.Yanğın zamanı avtomobilin sürücüsü yanıq xəsarətləri alıb və yanğınsöndürənlər tərəfindən mərkəzi rayon xəstəxanasına aparılıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.