32
21:08
02 İyul 2016

İranda qurum rəhbərliyi yüksək maaşa görə işdən qovuldu

İran hökuməti ölkənin Milli İnkişaf fondunun rəhbər heyətini maaşlarının yüksək olması səbəbindən istefaya göndərib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qurumun İdarə Heyətinin rəhbəri Safdar Hüseyninin məvacibi barədə (57 mln. tümən – 16 min dollardan çox) mətbuatda yayılan məlumatlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və nəticədə kütləvi ixtisar qərarının verilməsinə səbəb olub.