39
22:55
02 İyul 2016

Su anbarında batmış 22 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNİB

Tovuz rayonunda Tovuzçay su anbarında boğulan 1994-cü il təvəllüdlü Yaşar Hümbətovun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Qeyd edək ki, rayonun Dönük Qırıq kənd sakini Yaşar Hümbətov anbarda dostları ilə çimərkən batıb.

***** 18.26

Tovuz rayonunda 22 yaşlı gənc göldə çimərkən batıb. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib.

Tovuzun Dönükqırıqlı kənd sakini Yaşar Hümbətov 6 nəfərlə birlikdə su anbarında çimməyə gedib. O, çimərkən suda batıb.

Hazırda gəncin meyitinin axtarışları davam etdirilir.