38
15:40
01 İyul 2016

“Baku Steel Company”-dəki partlayışla bağlı cinayət işi başlanıb

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün axşam “Baku Steel Company” MMC-in partlayış baş verib. Nəticədə zavodun işçiləri - 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov xəsarət alıb.