37
17:57
30 İyun 2016

Türkiyə 50177 nəfərə ölkəyə giriş yasağı qoyub

Türkiyənin daxili işlər naziri Efkan Ala Türkiyə Böyük Millət Məclisində Atatürk Hava Limanında baş verən terrorla bağlı açıqlama verib.

Türkiyənin dünyada terrora qarşı ən çox mübarizə edən ölkə olduğunu deyən nazir dünəndən etibarən ABŞ-dan İngiltərəyə, Almaniyadan Hollandiyaya qədər bir çox ölkələrin daxili işlər nazirlərinin zəng edərək bu acını paylaşdıqlarını deyib: "Suriyada müxtəlif çeşidli terror təşkilatları var. Sadəcə "Mənim ölkəmə terroristlər gəlməsin" siyasəti işə yaramır. Bu günə qədər terror fəaliyyəti ilə əlaqədar 145 ölkədən 50177 nəfərə Türkiyəyə giriş yasağı qoymuşuq. 5310 nəfər gözaltına alınıb, onlardan 1604 nəfər tutulub".