30
17:45
30 İyun 2016

Terrorda ölənlərin sayı 44 oldu

İstanbulda Atatürk hava limanında baş verən terrorda həlak olanların sayı 44-ə çatdı. Lent.az -ın sozcu-yə istinadən xəbərinə görə, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

***

15:50

İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Lent.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün xəstəxanada ağır vəziyyətdə olan yaralı dünyasını dəyişib.

238 yaralının artıq 144-ü xəstəxanadan evə buraxılıb. Bu məlumat İstanbul valiliyi tərəfindən verilib. Ölənlərdən artıq 33-ün cəsədi yaxınlarına verilib.

Qeyd edək ki, ötən axşam İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb.