25
13:59
30 İyun 2016

DİN biznesmenin qətli ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Göyçayda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 30-da Ağdam rayon sakini Sərxan Süleymanov Göyçay RPŞ-yə zəng edib mayın 16-da bacısı Nargiləni qaçırmış Göyçay şəhər sakini Orxan Quliyevi bıçaqla qətlə yetirməsini bildirib. Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Süleymanovun iyunun 30-da ünvanı səhv salaraq Göyçay şəhərində yaşayan Cəbrayıl Kərimovun evinə açıq qalmış qapıdan girərək onu yatmış halda bıçaqla qətlə yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Süleymanov tutulub.

Araşdırma aparılır.

Qeyd edək ki, yanlışlıqla qətlə yetirilən şəxs iş adamı olub.