27
13:47
30 İyun 2016

Qohumu ilə birgə spirtli içki qəbul edib öldü

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 28-də Şəmkir rayonunda yaşayan Oqtay Əmiraslanov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Araşdırmalar zamanı O.Əmiraslanovun qohumu Elyar Əmiraslanovla birgə sonuncunun yaşadığı evdə spirtli içki qəbul etməsi, E.Əmiraslanovun zəhərlənmədən ölməsi müəyyən edilib.

E.Əmiraslanovun meyiti şəhərdəki evində aşkar edilib.