25
10:09
30 İyun 2016

Keçmiş arvadını bıçaqladı - GƏNCƏDƏ

Gəncə şəhəri General Şıxlinski küçəsi 7 ünvanında bıçaqlanma hadisəsi baş verib. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 28 yaşlı Lamiyyə Bayramova yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı qadına döş qəfəsinin sol tərəfinin daxilə keçməyən yarası diaqnozu qoyulub və tibbi müdaxilədən sonra xəstə palataya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, Lamiyyə Bayramovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.